Главная > İdman > Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək

Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək


6-08-2024, 09:53. Разместил: admin
Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnayder olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnayder
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.


Вернуться назад