Главная > İdman > “Qarabağ” bu gün potensial rəqibini tanıyacaq
“Qarabağ” bu gün potensial rəqibini tanıyacaq5-08-2024, 10:35. Разместил: admin |
![]() Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq. Çempionlar yolu Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya) “Srvena Zvezda” (Serbiya) “Malmö” (İsveç) – PAOK (Yunanıstan) “Midtullan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) “Yanq Boyz” (İsveçrə) Səpələnməmişlər: “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) “Qalatasaray” (Türkiyə) “Slovan” (Slovakiya) – APOEL (Kipr) “Yagellonya” (Polşa) – “Budyo Qlimt” (Norveç) “Sparta” (Çexiya) – “Styaua” (Rumıniya) Liqa yolu Səpələnmişlər: “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) “Slaviya” (Çexiya) – “Yunion” (Belçika) Səpələnməmişlər: “Lill” (Fransa) – “Fənərbağça” (Türkiyə) “Zaltsburq” (Avstriya) – “Tvente” (Niderland) Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək. Вернуться назад |