Главная > İdman > Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb


30-07-2024, 10:35. Разместил: admin
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq


Вернуться назад