Главная > İdman > Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq


30-07-2024, 10:27. Разместил: admin
Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq


"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.


Вернуться назад