Главная > İdman > "Fənərbağça"dan Superkubok oyunu ilə bağlı inanılmaz qərar

"Fənərbağça"dan Superkubok oyunu ilə bağlı inanılmaz qərar


4-04-2024, 09:37. Разместил: admin
"Fənərbağça"dan Superkubok oyunu ilə bağlı inanılmaz qərar


Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik bildirib. Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 27-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Вернуться назад