Главная > İdman > “Real” və “Mançester Siti” qalib olub - Çempionlar Liqası
“Real” və “Mançester Siti” qalib olub - Çempionlar Liqası14-02-2024, 09:27. Разместил: admin |
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin iki matçı baş tutub. Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıb. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub. Görüş "şəhərlilər"in qələbəsi ilə nəticələnib - 3:1. “Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşıb. "Kral klubu" səfərdən minimalhesablı üstünlüklə ayrılıb - 1:0. Komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq. 00:00. "Kopenhagen" (Danimarka) – "Mançester Siti" (İngiltərə) 1:3 Qollar: Maqnus Mattson, 34 - Kevin De Breyne, 10, Bernardo Silva, 45+1, Fil Foden, 90+2 Baş hakim: Xose Maria Martines (İspaniya). 00:00."Leypsiq" (Almaniya) – "Real" (İspaniya) 0:1 Qol: Brahim Diaz, 48 Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina). Вернуться назад |