Главная > İdman > Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA24-10-2023, 15:30. Разместил: admin |
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək. Oxu.Az xəbər verir ki, A, B, C və D qrupunun oyunları keçiriləcək. A qrupunda yer alan “Qalatasaray” Türkiyədə Almaniyanın “Bavariya” klubunu qəbul edəcək. Qrupun digər matçında “Mançester Yunayted” “Kopenhagen”i sınağa çəkəcək. C qrupunda “Real Madrid” səfərdə “Braqa” ilə üz-üzə gələcək. Qrupun digər görüşündə “Union” Almaniyada “Napoli”ni qəbul edəcək. D qrupunda yer alan turnirin son finalçısı “İnter” “Zaltsburq”u sınağa çəkəcək. B qrupunda “Arsenal” “Sevilya”nın qonağı olacaq. Çempionlar Liqası Qrup mərhələsi, III tur 24 oktyabr A qrupu 20:45. “Qalatasaray” (Türkiyə) - “Bavariya” (Almaniya) 23:00. “Mançester Yunayted” (İngiltərə) - “Kopenhagen” (Danimarka) Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0. B qrupu 23:00. “Sevilya” (İspaniya) - “Arsenal” (İngiltərə) 23:00. “Lans” (Fransa) - PSV (Niderland) Xal durumu: “Lans” - 4, “Arsenal” - 3, “Sevilya” - 2, PSV - 1. C qrupu 23:00. “Braqa” (Portuqliya) - “Real Madrid” (İspaniya) 23:00. “Union” (Almaniya) - “Napoli” (İtaliya) Xal durumu: “Real Madrid” - 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0. D qrupu 20:45. “İnter” (İtaliya) - “Zaltsburq” (Avstriya) 23:00. “Benfika” (Portuqaliya) - “Real Sosyedad” (İspaniya) Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0. Вернуться назад |