Главная > İdman > "Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazandı

"Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazandı


18-08-2023, 09:00. Разместил: admin
"Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazandı


“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

 Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub.

Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-ni keçən (2:1, 2:1) "köhlən atlar" ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.

Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.


Вернуться назад