Главная > İdman > Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq
Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq17-08-2023, 09:37. Разместил: admin |
“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək. “Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HIK-in qonağı olacaq. “Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. UEFA Avropa Liqası, III təsnifat mərhələsi Cavab oyunu 20:00. HIK - “Qarabağ” Baş hakim. Villi Delajod (Fransa) Helsinki. “Bolt Arena” Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək. Вернуться назад |