Главная > İdman > Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur - AFİŞA
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur - AFİŞA18-07-2023, 16:00. Разместил: admin |
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. İlk olaraq səkkiz qarşılaşma baş tutacaq. “Qarabağ”ın II raunddakı potensial rəqibləri Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar - 1:0. UEFA Çempionlar Liqası I təsnifat mərhələsi, cavab oyunları 18 iyul 19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva) İlk oyun - 0:0 21:00. “Flora” (Estoniya) - “Rakuv” (Polşa) İlk oyun - 0:1 21:00. “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta) İlk oyun - 4:0 21:00. “Şerif” (Moldova) - “Farul” (Rumıniya) İlk oyun - 0:1 22:00. BATE (Belarus) - “Partizani” (Albaniya) İlk oyun - 1:1 22:00. TNS (Uels) - “Haken” (İsveç) İlk oyun - 1:3 22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan) İlk oyun - 1:0 23:15. “Breydablik” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya) İlk oyun - 1:0 Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək. “Qarabağ” səfərdə minimal hesabla (1:2) məğlub etdiyi Cəbəllüttariqin “Linkoln” klubunu qəbul edəcək. Вернуться назад |