Главная > İdman > Messiyə Azərbaycan xalçası hədiyyə edildi - FOTO
Messiyə Azərbaycan xalçası hədiyyə edildi - FOTO4-07-2023, 15:30. Разместил: admin |
Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək ona Azərbaycan xalçası hədiyyə edib. “Əjdahalı” kompozisiyasında icra olunmuş bu ipək xalça “Azərxalça” ASC istehsalı olub. Qeyd edək ki, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “Əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. “Əjdaha” simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər dövründə yaranıb. Вернуться назад |