Главная > İdman > “Təzyiqlərimiz olmasaydı, UEFA matçın neytral meydanda keçirilməsinə razılaşacaqdı”

“Təzyiqlərimiz olmasaydı, UEFA matçın neytral meydanda keçirilməsinə razılaşacaqdı”


2-09-2020, 12:00. Разместил: admin
“Təzyiqlərimiz olmasaydı, UEFA matçın neytral meydanda keçirilməsinə razılaşacaqdı”


“UEFA hələ ki, bununla bağlı qərar verməyib. Bizim təzyiqlərimiz onların qərar verməsini yubadır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib. 

O bildirib ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə matçın hələ harada keçiriləcəyi bəlli deyil. Qarşı tərəfin qarşılaşmanın neytral meydanda keçirilməsi istəyi ilə UEFA-ya müraciət etməsi hələ ki, cavabsız qalıb: “Çalışırıq ki, oyun doğma meydanda olsun. Bütün səylərimizlə UEFA ilə danışıqlar aparırıq. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bu məsələ ilə bağlı qitə futbol qurumu ilə danışıqlar aparır, dəstəyini göstərir. Lakin hazırki vəziyyətdə qərar verilməyib”. 

Klub rəsmisi UEFA-nın Norveç hökumətinə məktub ünvanlandığını bildirib: “Norveçdə belə bir qərar var ki, ölkə vətəndaşları Avropa Birliyi ölkələrindən kənara çıxa bilməz. İdman və ya başqa vəziyyətlər üçün heç bir istisna yoxdur. Məsələn, Macarıstan qırmızı zonada olan ölkələrə idman yarışları üçün gedənləri karantinə almır. Amma Norveçdə konkret olaraq hər kəsə qadağa qoyulub. Bizim də UEFA-ya müraciətlərimiz üzərinə Norveç hökumətinə müraciət edib. Əgər bizim təzyiqlərimiz olmasaydı, yəqin ki, UEFA matçın neytral meydanda keçirilməsinə qərar verəcəkdi”.


Вернуться назад