Главная > İdman > Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu — “Münasibətimiz 3 ildir davam edir”
Aygünün qızı ilə videosu yayılan braziliyalı futbolçu — “Münasibətimiz 3 ildir davam edir”6-07-2020, 10:40. Разместил: admin |
Son günlər ölkə futbol camiəsində ən çox müzakirə olunan mövzulardan biri Azərbaycanın xalq artisti Aygün Kazımovanın qızı İlqarənin "Səbail"in braziliyalı müdafiəçisi Eriko da Silva ilə birlikdə olduğu videonu nümayiş etdirməsidir. İki həftə sonra 31 yaşı tamam olacaq müdafiəçi bu videodan irəli gələn bütün nüanslara aydınlıq gətirib: "Biz sadəcə dostuq. Bu ziyafətdə tək deyildik. Dostlarımla birgə idim. Yaxın dostum məni oraya apardı". Braziliyalı şəxsi həyatına da toxunub: "Sevgilim var. Münasibətimiz artıq 3 ildir davam edir. Denis ilə hər şey yaxşıdır və birlikdə olmaqdan məmnunuq". Bu vəziyyətdə sual yaranır: Eriko Aygün Kazımovanın qızıyla yaxın münasibətləri yoxdursa, niyə o, "İnstagram"da "lovely” yazıb? "Səbail"in futbolçusu bu suala aydınlıq gətirib: "Nədənsə media onu "sevimli" kimi təqdim etmək qərarına gəldi. Əslində, bu sözün bir çox mənası var və bu vəziyyətdə "hörmətli", "sevimli dost", "ən yaxşı dost" nəzərdə tutulmuşdu. "My lovely" yazılsaydı, bu, sevdiyin insan demək olardı. Bu vəziyyətdə isə söhbət dostluqdan gedir". Legionerlə söhbətin sonunda başqa bir detala toxunduq. Videoda Erikonun qəlyan çəkdiyi göstərilir: "İndi hamı karantindədir. Oyun, məşq yoxdur. Buna görə bir dəfə qəlyanın dadını yoxlamaq qərarına gəldim. Peşəkar futbolçuyam və çox gözəl bilirəm ki, nə etmək olar, nə isə tövsiyə edilmir" (sport24.az). <embed src='https://baku.tv/embed/21239' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed> Вернуться назад |