Главная > İdman > Ronaldu "Mançester Yunayted"ə belə sataşdı - FOTO

Ronaldu "Mançester Yunayted"ə belə sataşdı - FOTO


23-11-2022, 10:18. Разместил: admin
Ronaldu "Mançester Yunayted"ə belə sataşdı - FOTO


Bu gün "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Kriştianu Ronaldu məlumat ictimaiyyətə rəsmən açıqlanmamışdan bir qədər öncə "qırmızı şeytanlar"ı "sancıb".

Fanat.az xəbər verir ki,  37 yaşlı portuqaliyalı sosial şəbəkə hesabında yeni saat kolleksiyası ilə birlikdə MY-nin qapısına 2013-cü ildə vurduğu qolun fotosunu da paylaşıb.
 
Həmin qol 2013-cü ildə Çempionlar Liqasında vurulub. Həmin vaxt "Real Madrid"də olan Ronaldunun fərqləndiyi qarşılaşmada madridlilər 2:1 hesablı qələbə qazanıb.




Вернуться назад