Главная > İdman > Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq
Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq3-11-2022, 09:16. Разместил: admin |
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb. Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək. Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq. Вернуться назад |