Главная > İdman > UEFA "Qarabağ" - "Olimpiakos" oyununda azarkeşlərə məhdudiyyət qoyub
UEFA "Qarabağ" - "Olimpiakos" oyununda azarkeşlərə məhdudiyyət qoyub29-09-2022, 11:14. Разместил: admin |
UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub. Report xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq. Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq. Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Вернуться назад |