Главная > İdman > “Sumqayıt”ın rəqibinə koronavirus şoku
“Sumqayıt”ın rəqibinə koronavirus şoku26-08-2020, 10:41. Разместил: admin |
“Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubu Azərbaycana ciddi itki ilə gələcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə komandanın aparıcı oyunçularından Armend Alimin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bu üzdən də o, qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb. Qeyd edək ki, avqustun 27-də “Sumqayıt”ın stadionunda keçiriləcək “Şkendiya” ilə oyuna saat 20:00-da start veriləcək. Вернуться назад |