Главная > İdman > "Viktoriya"nın kapitanı: "Qarabağ"ı qəzəbləndirmək istəyirdik"
"Viktoriya"nın kapitanı: "Qarabağ"ı qəzəbləndirmək istəyirdik"18-08-2022, 11:30. Разместил: admin |
"Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu". Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib. 32 yaşlı müdafiəçi ikinci yarıda praktiki olaraq heç nə etmədiklərini bildirib: "Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik". Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib: "Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram". Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Вернуться назад |