Главная > İdman > “Qarabağ”ın pley-offdakı beş potensial rəqibi - SİYAHI
“Qarabağ”ın pley-offdakı beş potensial rəqibi - SİYAHI28-07-2022, 13:30. Разместил: admin |
Çempionlar Liqasının pley-off mərhələsinin potensial cütlükləri müəyyənləşib. Oxu.az xəbər verir ki, 1, 2 və 3-cü mərhələdə “səpələnmişlər” sırasında olan Azərbaycan çempionu “Qarabağ” bu dəfə “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) cütünün qalibinin rəqibi pley-offda aşağıda qeyd edilən bu komandalardan biri olacaq: “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi “Kopenhagen” (Danimarka) “Şerif” (Moldova) - “Viktoriya” (Çexiya) cütünün qalibi “Səpələnmişlər” səbətində yer alan “Srvena Zvezda” (Serbiya) - “Pünik” (Ermənistan) cütünün qalibi isə Azərbaycan çempionuna potensial rəqib ola bilməyəcək. Pley-off mərhələsinin püşkatması avqustun 2-də keçiriləcək. Qeyd edək ki, “səpələnməmişlər” səbətində “Qarabağ” - “Ferensvaroş” cütlüyü ilə yanaşı bu klublar da yer alıb: “Bude-Qlimt” (Norveç) - “Jalqris” (Litva) cütü “Makkabi” (Hayfa, İsrail) - “Apollon” (Kipr) cütü “Trabzonspor” (Türkiyə) Вернуться назад |