Главная > İdman > "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır5-07-2022, 10:01. Разместил: admin |
![]() "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq. "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək. Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar. UEFA Çempionlar Liqası I təsnifat mərhələsi, ilk oyun 5 iyul 22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Xose Luis Munuera Poznan, "Poznan" stadionu. Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Вернуться назад |