Главная > İdman > FIFA-dan Rusiya millisinə ağır sanksiya: Komandanın adı dəyişdirildi, himn və bayraqdan məhrum edildi
FIFA-dan Rusiya millisinə ağır sanksiya: Komandanın adı dəyişdirildi, himn və bayraqdan məhrum edildi28-02-2022, 09:00. Разместил: admin |
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib. "İndi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək. Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib. Вернуться назад |