Главная > İdman > Mahir Emreli Polşada döyüldü

Mahir Emreli Polşada döyüldü


13-12-2021, 09:58. Разместил: admin
Mahir Emreli Polşada döyüldü


Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.

Onlar oyunçulara xəsarət yetiriblər.

Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub.

“İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib.




Вернуться назад