» » “Ronaldoya qarşı oynamaq xoş idi” - Millimizin futbolçusu

“Ronaldoya qarşı oynamaq xoş idi” - Millimizin futbolçusu

  • 8-04-2021, 09:00
  • İdman
  • 0
  • 255
“Ronaldoya qarşı oynamaq xoş idi” - Millimizin futbolçusu


Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev futbol üzrə Azərbaycan milli komandasındakı debütündən danışıb.

24 yaşlı hücumçu klubunun rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya (0:1) və Serbiyaya (1:2) qarşı oyunlardan, eləcə də Qətərlə yoldaşlıq matçındakı çıxışından söz açıb:

“Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az sakitləşəndə mən millidə oynamağın, Kristiano Ronaldo, Bruno Fernandes, Duşan Tadiç kimi futbolçulara, ümumiyyətlə Portuqaliya və Serbiya yığmalarına qarşı mübarizə aparmanğın nə qədər şərəfli və gözəl olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi”.

Nuriyev yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: “Dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyimə ümidvaram”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya