"Fənərbağça" Erol Bulutu qovdu, Yoahim Lövü gətirir
- 26-03-2021, 11:37
- İdman
- 0
- 272
Türkiyənin "Fənərbağça" klubu Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.
Klubun rəsmi saytının məlumatına görə, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün qalan hissəsində komandaya idman direktoru Emre Belözoğlu rəhbərlik edəcək.
Daha sonra isə bu postun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağı bildirilir. Bu barədə "Bild" nəşri xəbər yayıb. Löv 1998/1999 mövsümündə də "sarı-lacivərdlilər"in baş məşqçisi olub.
Qeyd edək ki, Erol Bulut "Fənərbağça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xalla 3-cü pillədə qərarlaşıb və bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xal geri qalır.