» » Azərbaycanlı gimnast: Mehriban Əliyevanın dəstəyi bizim üçün çox dəyərlidir

Azərbaycanlı gimnast: Mehriban Əliyevanın dəstəyi bizim üçün çox dəyərlidir

  • 13-08-2024, 09:30
  • İdman
  • 0
  • 33
Azərbaycanlı gimnast: Mehriban Əliyevanın dəstəyi bizim üçün çox dəyərlidir


“Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sosial mediada paylaşımı bizi çox məmnun etdi. Çox xoşbəxtik ki, Mehriban Əliyeva bizi həmişə dəstəkləyir. Onun dəstəyi isə bizim üçün çox dəyərlidir”.

“Report” xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında beşinci yeri tutaraq tarixi nəticə əldə edən bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

O bildirib ki, insanların dəstəyi gimnastlara daha çox motivasiya verirdi: “Azərbaycan kimi ölkəni təmsil etmək asan iş deyil. Çox fəxr edirik ki, ölkəmizi Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında layiqincə təmsil etdik. Biz çox əla komandayıq. Bu ölkəni təmsil etmək böyük məsuliyyət tələb edir. Beş ən güclü kollektiv arasında olmaq qürurvericidir”.

Komandanın digər üzvü Zeynəb Hümmətov da yarışda əsas hədəflərinin verilən tapşırıqları dəqiq yerinə yetirmək olduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd kompozisiyaları yüksək səviyyədə yerinə yetirməkdir:

“Çox yaxşı komandamız var. Artıq ilk beş kollektiv arasında yer almaqla hər kəsə güclü olduğumuzu sübut etdik. Fikrimcə mövcud komandanın üzvləri məşqləri yaxşı etsə, növbəti Yay Olimpiya Oyunlarında Azərbaycana tarixi medal gətirə bilərik”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya