Merihin "Boz qurd" mesajı - Etiraz imiş
- 3-07-2024, 11:58
- İdman
- 0
- 61
Bu təkcə qələbə sevinci deyildi, həm də Avstriyaya bir etiraz mesajı idi. Sən demə, Avstriyada "Boz qurd" mesajı qadağan imiş.
Avro-2024-ün son turunda Türkiyə-Avstriya matçında vurduğu qollarla Avstriyanı darmadağın edən Merih Dəmiralın "Boz qurd" sevinci gündəm oldu .
Məlum olub ki, Dəmiralın qol bayramı Avstriya hökumətinin 6 il əvvəl qəbul etdiyi qərara etiraz mesajı olub.
Belə ki, 2019-cu ildə Avstriyada "ekstremizmə və siyasi İslama qarşı mübarizə" adı altında müxtəlif qrupların işarə və simvollarının, o cümlədən "Boz qurd" simvolunun istifadəsini qadağan edən qanun qəbul edilib.
Merih Dəmiral oyundan sonra TRT-yə müsahibəsində ilk olaraq “Ne mutlu Türküm diyene!" deməsi izləyicilərin diqqətini cəlb edib.
O əlavə edib ki, türk olduğu üçün çox xoşbəxt və qürurludur: "Bunu burada bir daha hiss etdim".
Merih bununla Avstriyanın nə qərar qəbul etməsinin onlar üçün heç bir əhəmiyyət daşımadığını nümayiş etdirib.
Qeyd edək ki, Ankara zamanında Avstriyanın bu qərarına sərt reaksiya vermişdi.