» » UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşacaq

UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşacaq

  • 5-10-2023, 16:00
  • İdman
  • 0
  • 93
UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşacaq


"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya