Çempionlar Liqası: “Qalatasaray” “Kopenhagen”lə, “Bavariya” “Mançester Yunayted”lə üz-üzə - AFİŞA
- 20-09-2023, 16:00
- İdman
- 0
- 172
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun oyunlarına yekun vurulacaq.
ikinci oyun günündə A, B, C və D qrupunun görüşləri keçiriləcək.
A qrupunda yer alan Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Qrupun digər görüşündə Almaniyada “Bavariya” İngiltərə “Mançester Yunayted”i ilə üz-üzə gələcək.
İspaniya “Real Madrid”i ilk turda evdə Almaniyanın “Union” klubu ilə qarşılaşacaq. Ötən mövsümün finalçısı “İnter” (İtaliya) “Real Sosyedad”ı (İspaniya) sınağa çəkəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
20 sentyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
23:00. “Bavariya” (Almaniya) - “Mançester Yunayted” (İngiltərə)
C qrupu
20:45. “Real Madrid” (İspaniya) - “Union” (Almaniya)
23:00. “Braqa” (Portuqaliya) - “Napoli” (İtaliya)
B qrupu
23:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland)
23:00. “Sevilya” (İspaniya) - “Lans” (Fransa)
D qrupu
23:00. “Real Sosyedad” (İspaniya) - “İnter” (İtaliya)
23:00. “Benfika” (Portuqaliya) - “Zaltsburq” (Avstriya)