Mario Balotelli 3 ildən sonra İtaliya millisinə qayıdıb
- 25-01-2022, 09:10
- İdman
- 0
- 244
Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə çağırılıb.
"Yığmanın baş məşqçisi Roberto Mançinin DÇ-2022-nin seçmə mərhələsinin pley-off matçları üçün dəvət göndərdiyi 35 oyunçu arasında 32 yaşlı hücumçunun da adı var.
Təcrübəli forvard 3 illik fasilədən sonra milli komandaya qayıdıb. O, sonuncu dəfə 2018-ci ilin sentyabrında Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) yığmanın formasını geyinib.
Qeyd edək ki, İtaliya millisi pley-off-da martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.