Главная > Hadisə > Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı? - FOTO
Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı? - FOTO23-10-2021, 12:11. Разместил: admin |
Oktyabrın 13-də Bakıda altı nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. Bakı Mühəndislik Universitetindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Əzizov universitetdən xaric olunub-olunmaması ilə bağlı məsələ hələ ki müzakirə edilmir: “Məlum hadisəni törədən Əzizov Mahmud Babagözəl oğlu barəsində istintaq davam edir. Məhkəmə yekun qərar verdikdən sonra Universitetə rəsmi şəkildə məlumat göndəriləcək. Artıq bundan sonra tələbənin universitetdən xaric olunub-olunmaması ilə bağlı hər hansı bir qərar verilə bilər. Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”. Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib. Вернуться назад |