Главная > Hadisə > Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi6-08-2020, 10:49. Разместил: admin |
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Вернуться назад |