Главная > Hadisə > “Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə öldü

“Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə öldü


16-08-2021, 11:26. Разместил: admin
“Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə öldü


Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ölkə.az-a rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Вернуться назад