Главная > Hadisə > COVID-19 pasportu olmayan 185 nəfər toylara buraxılmadı

COVID-19 pasportu olmayan 185 nəfər toylara buraxılmadı


13-08-2021, 11:32. Разместил: admin
COVID-19 pasportu olmayan 185 nəfər toylara buraxılmadı



Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.
Bu barədə "Ölkə.Az"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Bundan başqa, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Вернуться назад