Главная > Hadisə > Toy qaydalarını pozan 7 nəfər cərimələndi
Toy qaydalarını pozan 7 nəfər cərimələndi12-08-2021, 11:22. Разместил: admin |
Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, monitorinq 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Bundan başqa, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 619 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. Вернуться назад |