Главная > Hadisə > Toylarda qaydaları pozan 68 nəfər cərimələndi
Toylarda qaydaları pozan 68 nəfər cərimələndi7-08-2021, 10:52. Разместил: admin |
Avqustun 6-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib; - 2 397 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Вернуться назад |