Главная > Hadisə > Azərbaycanda bələdiyyə sədri qumar oynadı
Azərbaycanda bələdiyyə sədri qumar oynadı30-07-2021, 12:47. Разместил: admin |
Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə cərimələnib. Unikal.org verdiyi məlumata görə, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Camaləddin Müzafəddin oğlu Nuriyev İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə (Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə) maddəsi ilə cərimələnib. Yazılan protokol baxılması üçün Şabran rayon məhkəməsinə göndərilib. İşə hakim Çingiz İsgəndərovun sədrliyi ilə baxılacaq. Onu da qeyd edək ki, sözügedən xətanın törədən şəxslər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Nəzərinizə çatdıraq ki, bir müddət öncə C.Nuriyevə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi də açılmışdı. Вернуться назад |