Главная > Hadisə > Bakıda azyaşlı uşaq faciəvi şəkildə öldü
Bakıda azyaşlı uşaq faciəvi şəkildə öldü26-04-2021, 10:35. Разместил: admin |
Bakıda bədbəxt hadisə baş verib. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |