Главная > Hadisə > Vətən müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı açıqlandı - RƏSMİ

Vətən müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı açıqlandı - RƏSMİ


6-04-2021, 10:58. Разместил: admin
Vətən müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı açıqlandı - RƏSMİ


“Sentyabrın 27-də Ermənistan Azərbaycan ərazisinə təkrar hücum edib və 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitib. İllərdir işğal altında olan torpaqlar azad olunub, lakin minalanmış ərazilər hələ də qalır”.
Oxu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə deyib.

O bildirib ki, 30 ildən sonra bu təəccüblü hal deyil:

“Əhalinin öz torpaqlarına qayıtması üçün bu çox önəmli məsələdir. 2020-ci il ölkə başçısı tərəfindən agentliyimiz qarşısına yeni tapşırıqlar qoyulub. Əsas məsələlərdən biri odur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə də həmin ərazilərin təyin edilməsi ciddi problemdir.

Buraya bir neçə məqam daxildir. İşğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar, tank əleyhinə minalar, partlamamış silah-sursat aşkarlanır. Son günlərdə 100-dən çox belə hal aşkarlanıb, eləcə də Şuşa ərazisində. ANAMA gələcəkdə Azərbaycana dəvət etmək üçün tərəfdaşlarla bağlı layihələrə baxır, bu sahədə davamlı müzakirələr gedir.

Təmizləmə əməliyyatının infrastruktur proyektlərinə töhfəsi problemin genişliyini izah edir. İnsanların və tərəfdaşların cəlb olunması, əsasən də düzgün milli strategiyanın təmin edilməsinə xidmət edir. Bu da gələcək proyektlərdə əməliyyatların aparılmasına kömək edəcək. Daha bir təhlükə isə, piyada və tank əleyhinə olan minaların kombinasiyasıdır.

Dediyim kimi Ermənistan hələ də mina xəritələrini təqdim etməyib. Ərazilərdə xeyli sayda tank əleyhinə minalar aşkarlanıb. Bəzən minalar vizual olaraq görünür və bu bizim işimizi rahatlaşdırır. Lakin normalda minalar torpaq altında gizlədilir və bu da illərdir insan tələfatına gətirib çıxarır”.

O qeyd edib ki, biz maarifləndirmə təbliğatını gücləndirib, işimizi gələcək tərəfdaşlarımızla da davam etdirmək istəyirik:

“İnsanlar yalnız təmizlənmiş yollardan istifadə etsinlər. Qeyri-qanuni şəkildə işğaldan azad olunmuş ərazilərə getməsinlər, qoyulan lövhələrə diqqət etsinlər. Əhalinin mina təhlükəsindən qorumaq üçün maarifləndirici təbliğat aparılır, məlumat lövhələri qoyulur. Hazırda bu istiqamətdə müxtəlif kampaniyalar var.

2020-ci ilin noyabrından bu günə qədər 32 nəfər xəsarət alıb, 18 nəfər həlak olub. Bu çox təhlükəlidir. Müvafiq icazə olmadan həmin ərazilərə keçməmək tövsiyə edilir”.


Вернуться назад