Главная > Hadisə > Sabahın hava proqnozu
Sabahın hava proqnozu27-03-2021, 16:00. Разместил: admin |
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Вернуться назад |