Главная > Hadisə > Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ
Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ11-03-2021, 10:32. Разместил: admin |
Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Gülər Mirzəyeva ailəsinə təhvil verilib. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan, Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib: “Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”. Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi. Вернуться назад |