Главная > Hadisə > Rus hərbçilər Tavuşda: Azərbaycanla sərhəd müəyyən edilir? - Erməni deputatlar təcili bölgəyə getdi

Rus hərbçilər Tavuşda: Azərbaycanla sərhəd müəyyən edilir? - Erməni deputatlar təcili bölgəyə getdi


10-03-2021, 10:37. Разместил: admin


Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparıldığına dair məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatı bu barədə yazadıqdan sonra "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar - Sarkis Aleksanyan və Anna Kostanyan təcili bölgəyə gediblər.

Səfərin nəticəsi barədə sosial şəbəkə hesabında yazan Sarkis Aleksanyan bildirib ki, bölgədə heç bir demarkasiya işi aparılmır: "Biz əmin olduq ki, orada heç bir iş aparılmır. Olduğumuz 4 kənddə heç bir işin şahidi olmadıq".

Xatırladaq ki, əvvəl yayılan məlumatlarda "Rusiya sülhməramlılarının 500 metr məsafəsində azərbaycanlılar artıq iki gündür ki, sərhədlərin müəyyən edilməsi işini aparır",- deyə vurğulanmışdı.

Ancaq maraqlıdır ki, deputat əraziyə Rusiya hərbçilərinin gətirildiyini etiraf edir. Ancaq onların nə məqsədlə gəldiyi barədə məlumatlar fərqlidir.

Bu məlumat rəsmi və qeyri-rəsmi mənbələrdə fərqli təqdim olunsa da, bu ərazidə sərhədlərin müəyyən edilməsi barədə rəsmi heç nə deyilmir.


Вернуться назад