Главная > Hadisə > İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı3-03-2021, 13:54. Разместил: admin |
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir. Belə ki, martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb və aidiyyatı üzrə Füzuli RPŞ-yə aparılıb. Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri - R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib. Qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Вернуться назад |