Главная > Hadisə > Karantində işləyən kafe aşkarlandı
Karantində işləyən kafe aşkarlandı28-12-2020, 11:17. Разместил: admin |
Mingəçevir şəhəri ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər. Вернуться назад |