Главная > Hadisə > ANAMA Ermənistanın fosforlu mərmilərdən istifadəsinə dair yeni dəlillər təqdim edib - FOTO

ANAMA Ermənistanın fosforlu mərmilərdən istifadəsinə dair yeni dəlillər təqdim edib - FOTO


25-12-2020, 14:00. Разместил: admin
ANAMA Ermənistanın fosforlu mərmilərdən istifadəsinə dair yeni dəlillər təqdim edib - FOTO


Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkar olunub.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.

“Bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur”, - qurumdan bildirilib.




Вернуться назад