Главная > Hadisə > Bakıda dəhşətli yol qəzası - Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb
Bakıda dəhşətli yol qəzası - Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb30-11-2020, 09:48. Разместил: admin |
Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Ölkə.Az xəbər verir ki, bu barədə universitet məlumat yayıb. "Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib. Вернуться назад |