Главная > Hadisə > Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi


19-11-2020, 10:30. Разместил: admin
Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi


Bakıda yanğın hadisəsi baş verib.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад