Главная > Hadisə > Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür

Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür


16-11-2020, 14:13. Разместил: admin
Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür


Kəlbəcərdə ermənilərin vandal hərəkətləri davam edir. Noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər oradakı evləri və meşəni yandırmaqla yanaşı, tarixi abidələrə də ziyan vururlar.
İşğalçı ölkə nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrını sökməyə və onun içərisindəki qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra ermənilər 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparıblar.


Вернуться назад