Главная > Hadisə / Video > Liftdə qalan 4 nəfər xilas edildi - Video

Liftdə qalan 4 nəfər xilas edildi - Video


13-08-2024, 13:53. Разместил: admin
Liftdə qalan 4 nəfər xilas edildi - Video


Bakının Binəqədi rayonu, Cavadxan küçəsində və Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

“Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.




Вернуться назад