Главная > Hadisə / Video > ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - Həkimdən AÇIQLAMA - VİDEO

ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - Həkimdən AÇIQLAMA - VİDEO


5-01-2024, 10:47. Разместил: admin
ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - Həkimdən AÇIQLAMA - VİDEO


Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.

O, ötən il dekabrın sonunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpgilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.

Həkim-infeksionistin müayinəsindən sonra xəstəyə qızılca diaqnozu qoyulub və ambulator müalicəyə yazılıb. Lakin dekabrın 30-da xəstədə kəskin ağırlaşma baş verib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib. O, təcili qaydada intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, Sevil İbayevanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzu Cəfərli Baku TV-yə bu barədə açıqlama verib:

<embed width="640" height="360" src="https://player.olke.az?v=25622&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад