Главная > Hadisə > Bazar günü İstanbula güclü qar yağacaq - Azərbaycanda hava necə olacaq?

Bazar günü İstanbula güclü qar yağacaq - Azərbaycanda hava necə olacaq?


24-11-2023, 15:30. Разместил: admin
Bazar günü İstanbula güclü qar yağacaq - Azərbaycanda hava necə olacaq?


Türkiyənin İstanbul şəhərində həftəsonu havanın temperaturu 9 dərəcə enəcək.

Bunu ölkənin Meteorologiya Baş İdarəsi açıqlayıb. 

İstanbul valisi Davud Gül isə bildirib ki, noyabrın 26-da bazar günü şəhərə qar yağacaq və bu səbəbdən lazımi tədbirlər görülüb. 

İstanbul Təhlükəsizlik İdarəsi isə açıqlayıb ki, şəhər üzrə 427 yol elementi, 260 asayiş qrupu, 8 jandarma qrupu olmaqla, 1504 personal xidmət aparacaq. Noyabrın 26-da isə Bakıda və Abşeron yarımadasında 20 dərəcə isti olacaq. Bir qədər külək əsəcək. 


Вернуться назад